
Qarabağdakı qanunsuz silahlı birləşmələrdə xidmət keçən 2002-ci il təvəllüdlü əsgər Radik Edqaroviç Tatosyan ölüb.
Sportinfo.az erməni mediasına istinadən bildirir ki, bununla bağlı Qarabağdakı qondarma qurumdan məlumat verilib.
İlkin məlumata görə, 19 yaşlı əsgərin ölümünə səbəb ürək-böyrək çatışmazlığıdır.
Bu fakt Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin olduğunu bir daha təsdiqləyir. Qarabağdakı terrorçu qurumun oyuncaq “müdafiə nazirliyi”nin açıqlama ilə çıxış etməsi də bu bölgədəki cinayətkarların 44 günlük döyüşlərdən dərs almadıqlarını göstərir.