Bundesliqa bu tarixdə start götürəcək

5 May 2020 14:40 Almaniya 721
Bundesliqa bu tarixdə start götürəcək

Almaniya Bundesliqasında bu mövsümün bərpa tarixi müəyyənləşib.

Sportinfo.az "Reuters"ə istinadən xəbər verir ki, futbol matçlarının mayın 15-i bərpasına qərar verulib. Bu qərarın sabah Almaniya hökumətinin iclasında rəsmi olaraq elan ediləcəyi bildirilib.

Matçların koronavirusun yayılmasının qarşısını almaq üçün boş tribunalar önündə keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Almaniya çempionatı martda koronavirus səbəbindən təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti