"Onu bu fikrindən rhörmətsizlik olacağı üçün çətinliklə daşındırdıq"

5 Fevral 2020 09:42 Almaniya 690
"Onu bu fikrindən rhörmətsizlik olacağı üçün çətinliklə daşındırdıq"

Pep Qvardiolanın "Bavariya"nı çalışdırdığı vaxtda komandanın qapıçısı Manuel Noyerlə bağlı maraqlı planı olub.

Münhenlilərin idarə heyətinin sədri Karl Hayns Rummeniqe bildirib ki, ispan mütəxəssis alman qolkiperin ayaqla oyun qurmasından olduqca razı olduğu üçün onu yarımmüdafiədə oynatmaq fikrində olub.

Sportinfo.az xəbər verir ki, Rummeniqe çempionluğu rəsmiləşdirdikləri oyundan sonra Qvardiolanın Noyeri meydanın mərkəzində sınamaq üçün ona müraciət etdiyini deyib.

64 yaşlı funksioner bununla razılaşmayıb və rəqibə hörmətsizlik olacağını baş məşqçinin diqqətinə çatdırıb. "Manuel bir qapıçı kimi meydan oyunçusu olmağı da kəşf etdi. O, bu mövqeydə inqilab edib.

Pep Qvardiolanın Manuel Noyeri çempionluğumuzu rəsmiləşdirdiyimiz oyundan sonra meydan oyunçusu kimi meydana buraxmaq istəməsi hələ də yadımdadır.

Onu bu fikrindən rəqiblərə hörmətsizlik olacağı üçün çətinliklə daşındırdıq. Ancaq əminəm ki, Noyer meydanın mərkəzində də yaxşı işlər görəcəkdi", - deyə klub rəsmisi bildirib.

33 yaşlı qapıçı 2011-ci ildən "Bavariya"da çıxış edir. O, keçirdiyi 365 matçın 220-də qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı