Yeni oyunçu 8 milyon avroya başa gəldi – TRANSFER BAZARI

13 İyun 2025 10:00 Almaniya 1 445
Yeni oyunçu 8 milyon avroya başa gəldi – TRANSFER BAZARI

“Hoffenhaym” isveçrəli futbolçu Leon Avdullahunu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən keçid “mavi-ağlar”a 8 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Leon Avdullahu ölkəsində “Bazel”in şərəfini qoruyub və bu komandanın yetirməsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti