Leroy Sane ilə razılıq əldə etdiyini açıqladı - “Qalatasaray”

11 İyun 15:20 Almaniya 293
Leroy Sane ilə razılıq əldə etdiyini açıqladı - “Qalatasaray”

“Qalatasaray” “Bayern”in vingeri Leroy Sane ilə razılıq əldə etdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq almaniyalı oyunçu ilə bütün şərtlər razılaşdırılıb və yaxın günlərdə transferin rəsmi şəkildə elan olunması gözlənilir.

Sanenin “Bayern”lə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq.

Onun transfer dəyəri 32 milyon avro qiymətləndirilsə də, “Qalatasaray” onu azad agent kimi heyətinə qatacaq. 29 yaşlı futbolçunun “aslanlar”la şəxsi müqaviləsinin detalları hələ ki, açıqlanmayıb.

Sane 2024/25 mövsümündə klub səviyyəsində 45 matçda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!