Klubun bazasını, stadionunu gördü, transferdən imtina etdi

2 İyun 2025 18:20 Almaniya 2 580
Klubun bazasını, stadionunu gördü, transferdən imtina etdi

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem Frankfurt “Ayntraxt”ına keçiddən imtina edib.

Sportinfo.az “Frankfurter Rundschau”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu bu qərarı klubun bazası, stadionu və digər infrastrukturu ilə tanış olduqdan sonra verib.

“Real”da çıxış edən Çud Bellingemin qardaşı olan 19 yaşlı futbolçu mayın 26-da valideynləri ilə birlikdə Frankfurta danışıqlar üçün gedib.

“Ayntraxt”la yanaşı, Dortmund “Borussiya”sı və “Leyptsiq” də onun transferində maraqlıdır.

“Sanderlend” 2024/25 mövsümünün sonunda, pley-off matçlarından sonra İngiltərə Premyer Liqasına yüksəlmək hüququ qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti