
“Bayern”in müdafiəçisi Dayot Upamekano klubla yeni müqavilə şərtləri üzərində danışıqları davam etdirir.
Fransalı futbolçunun hazırkı sözləşməsi gələn il başa çatacaq və münhenlilər onunla əməkdaşlığı uzatmaq niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq maaş məsələsində razılığa gəliblər.
Hazırda yalnız imza bonusunun məbləği müzakirə olunur və bunun da ciddi maneə yaradacağı gözlənilmir.
26 yaşlı müdafiəçi müqavilənin bağlanmasında maraqlıdır. Upamekano 2021-ci ilin yayında “Leyptsiq”dən “Bayern”ə transfer olunub.
O, bu mövsüm baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında bütün turnirlərdə 33 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.