
Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta “Bayern”ə keçməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq və 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
Ta bu həftə ərzində tibbi müayinədən keçəcək və bunun ardından “Bayern”in rəsmi futbolçusu olacaq.
Almaniyalı oyunçu 2015-ci ildən “Bayer”in formasını geyinir. O, bu müddət ərzində 402 oyuna çıxaraq 18 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Tanın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyununun 30-da başa çatacaq. Bu da onun Münhen klubuna azad agent kimi keçməsinə imkan yaradır.