"Mən bu kluba son illərdə artan iddiaları təsdiqləmək üçün gəlmişəm"

27 May 01:30 Almaniya 150
"Mən bu kluba son illərdə artan iddiaları təsdiqləmək üçün gəlmişəm"

Bu gün rəsmi olaraq Leverkuzen “Bayer”inin baş məşqçisi təyin olunan Erik ten Haq yeni klubunda ilk açıqlamasını verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Bayer”i Almaniyanın ən güclü komandalarından biri və Avropa futbolunun elitasının üzvü adlandırıb:

“Bayer” Almaniyanın ən yaxşı klublarından biridir və Avropa futbolunun geniş elitasına daxildir. Klub mükəmməl iş şəraiti yaradır, rəhbərliklə görüşlər məni dərindən təsirləndirdi.

Mən bu kluba son illərdə artan iddiaları təsdiqləmək üçün gəlmişəm. Bu dəyişiklik dövründə birgə nəsə qurmaq və iddialı bir komanda formalaşdırmaq həyəcanverici tapşırıqdır”.

“Bayer” 2023/24 mövsümündə Almaniya çempionu olub.

55 yaşlı Ten Haq bu postda “Real”a yollanan Xabi Alonsonu əvəz edib. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti