Yaponiyalı hücumçunu “qaralayıb” – Almaniya nəhəngi

25 May 22:05 Almaniya 110
Yaponiyalı hücumçunu “qaralayıb” – Almaniya nəhəngi

“Brayton”un və Yaponiya millisinin hücumçusu Kaoru Mitomanın yaxın gələcəkdə “Bayern”ə keçəcəyi gözlənilir.

sPORTİNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, yaponiyalı mövsümün sonunda Münhen klubuna keçməyə qarşı olmadığını bildirib.

“Bayern”in nümayəndələri artıq 28 yaşlı hücumçunun agentləri ilə görüşlər keçiriblər, ancaq hələ ki, rəsmi təklif verilməyib.

Mitoma dörd ildir ki, “Brayton”un formasını geyinir. O, başa çatmaqda olan mövsümdə bütün turnirlərdə 40 oyunda iştirak edib, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.

Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular