
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtsin gələcəyi ilə bağlı qərar vermə tarixi məlum olub.
Sportinfo.az “Kicker”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu növbəti klubunu seçmək barədə son qərarını qarşıdakı 10 gün ərzində verəcək.
Virts hazırda “Bayern” və “Liverpul” arasında seçim edir.
Almaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.