Bu satışdan 150 milyon avro gəlir əldə etməyi planlaşdırır

21 May 18:20 Almaniya 126
Bu satışdan 150 milyon avro gəlir əldə etməyi planlaşdırır

“Liverpul” Florian Virtsin transferi üçün “Bayern”lə yarışa daxil olub.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, “qırmızılar”ın idman direktoru Maykl Edvardsın rəhbərliyi ilə “Liverpul” rəsmiləri bu həftə ABŞ-ın Boston şəhərinə yollanaraq, klubun sahibi olan “Fenway Sports Group” nümayəndələri ilə görüşüblər.

Görüşün məqsədi mümkün transfer üçün maliyyə vəsaitinin təsdiqlənməsi olub.

Leverkuzen “Bayer”i almaniyalı futbolçunun satışından təxminən 150 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Daha əvvəl məlum olmuşdu ki, 21 yaşlı yarımmüdafiəçi “Bayern”lə şəxsi razılıq əldə edib və Münhen klubu onun verdiyi sözü yerinə yetirəcəyinə inanır.

Bu arada, “Mançester Siti” yüksək transfer dəyərinə görə Florian Virtsdən imtina edib. Ümumi məbləğ 300 milyon avroya çata bilər.

Digər Xəbərlər
Xəbər Lenti