Premyer Liqanın iki klubunun hədəfindədir - “Bayern”in vingeri

18 May 21:15 Almaniya 420
Premyer Liqanın iki klubunun hədəfindədir - “Bayern”in vingeri

“Bayern”in vingeri Leroy Sanenin mövsümün sonunda komandasını dəyişəcəyi bildirilir.

Almaniyalı hələ də yeni müqavilə ilə bağlı klubla razılıq əldə etməyib.

Onun hazırkı müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Sane Londonun iki klubunun – “Çelsi” və “Arsenal”ın maraq dairəsinə düşüb. Onun azad agent kimi bu klublardan birinə keçmək ehtimalı var.

29 yaşlı vinger 2020-ci ildən “Bayern”də çıxış edir. O, cari Bundesliqa mövsümündə 29 oyuna çıxaraq, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!