12 milyon avro maaş və 4 illik müqavilə təklif edir - “Bayern”

16 May 00:00 Almaniya 376
12 milyon avro maaş və 4 illik müqavilə təklif edir - “Bayern”

“Bayern” Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Taya ciddi maraq göstərir.

Sportinfo.az “ran.de”-yə istinadən xəbər verir ki, Münhen təmsilçisi yayda azad agentə çevriləcək 29 yaşlı müdafiəçiyə ildə 12 milyon avro maaşla 4 illik müqavilə təklif etməyə hazırdır.

Həmçinin, transfer haqqı tələb olunmadığı üçün “Bayern” təxminən 15 milyon avro dəyərində imza bonusu ödəməyi planlaşdırır.

Daha əvvəl Ta “Barselona”ya keçməyə yaxın olsa da, Kataloniya klubunun maliyyə problemlərinə görə futbolçunu növbəti mövsüm üçün qeydiyyatdan keçirə bilməməsi transferin baş tutmamasına səbəb olmuşdu.

“Bayern”in almaniyalı müdafiəçiyə marağı yeni deyil. Münhenlilərin idman direktoru Maks Eberl bu keçidi ötən ilin yayında razılaşdırmışdı, ancaq o zaman klubun müşahidə şurası bu transferi bloklamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!