Almaniyalı müdafiəçinin “hə” deməsini gözləyirlər

14 May 22:00 Almaniya 106
Almaniyalı müdafiəçinin “hə” deməsini gözləyirlər

Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Tanın gələcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” iki həftə əvvəl almaniyalı futbolçuya marağını yenidən gündəmə gətirib.

Bu addım onun “Barselona”ya keçidinin mümkün olmaması ehtimalı ortaya çıxdıqdan sonra atılıb.

Tanın nümayəndələri ilə müqavilənin bütün maliyyə şərtləri artıq razılaşdırılıb.

Hazırda Münhen klubu sadəcə, 29 yaşlı müdafiəçinin son “hə” cavabını gözləyir. Klub daxilində bu transferin müsbət nəticələnəcəyinə inanılır.

Conatan Ta hazırkı mövsümdə bütün turnirlərdə 48 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti