Formasını geyindiyi klubun təklif etdiyi müqavilə şərtlərindən narazıdır

12 May 18:20 Almaniya 141
Formasını geyindiyi klubun təklif etdiyi müqavilə şərtlərindən narazıdır

“Bayern”in vingeri Leroy Sane bu yay komandadan ayrıla bilər.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu Münhen klubunun təklif etdiyi müqavilə şərtlərindən narazıdır.

Buna görə də o, azad agent kimi komandanı tərk edə bilər.

“Arsenal”, “Çelsi” və La Liqanın bəzi klubları Sane ilə maraqlanır.

29 yaşlı futbolçu bu mövsüm 44 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti