
“Bayern” Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Tanı əsas transfer hədəfi görür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu almaniyalı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Yayda azad agentə çevriləcək müdafiəçinin transferində klubun idman direktorları Maks Eberl və Kristof Freund, eləcə də baş məşqçisi Vensan Kompani israrlıdır.
Daha əvvəl mətbuatda “Bayer”in baş məşqçisi Xabi Alonsonun “Real”a təyin olunacağı təqdirdə, Tanı Madrid klubuna transfer etmək istədiyi barədə məlumatlar yayılıb.
29 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.