
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso komandanın üzvü Florian Virtsin “Bayern”ə keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu xəbərləri təkzib edib:
“O, mənə karyerasını yalnız “Bayern”də davam etdirmək istədiyini deməyib. Mənim məlumatıma görə, bu belə deyil”.
Daha əvvəl xarici KİV Virtsin artıq “Bayern”lə müqavilə barədə razılığa gəldiyini yazmışdı.
O, bu mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib, 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Alonsonun mövsümün sonunda “Bayer”i tərk edəcəyi artıq təsdiqlənib. Məlumata görə, onun “Real”ın yeni baş məşqçisi olacağı gözlənilir.