Daha sərfəli şərtlər istədi, bu, rəhbərliyi qəzəbləndirdi

01:30 Almaniya 102
Daha sərfəli şərtlər istədi, bu, rəhbərliyi qəzəbləndirdi

“Bayern”in vingeri Leroy Sane klubu ilə yeni müqavilə imzalamağa tələsmir.

Əvvəllər bildirilirdi ki, 29 yaşlı futbolçu yeni müqavilə imzalamaq niyyətindədir, o, maaşının əhəmiyyətli dərəcədə azaldılmasını qəbul etməyə hazırdır.

Sane bu yaxınlarda agentini dəyişərək daha sərfəli şərtlər istəyib və bu, “Bayern” rəhbərliyini qəzəbləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, münhenlilərin idman direktoru Maks Eberl artıq Saneyə edilən təklifin yaxşılaşmayacağını açıqlayıb.

O, ya klubun təklifini qəbul etməli, ya da getməli olacaq. Sanenin agenti Pini Zahavi təkmilləşdirilmiş şərtlərdə israr etməyə davam edərsə, danışıqlar demək olar ki, uğursuzluğa məhkumdur.

Almaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti bu yay başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti