
"Nürnberq" heyətinə yeni futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Nürnberqlilər "Bayer"in 17 yaşlı mərkəz hücumçusu Artyom Stepanovu 2025/26 mövsümü üçün icarə qaydasında heyətinə qatıb.
Smetanov Ukraynanın "Şaxtyor" komandasının yetirməsidir. "Bayer"in gənclər komandasının üzvü olan 1,92 metr boya malik forvard bu mövsüm əsas komandaya da cəlb olunub və Çempionlar Liqasının 2 matçında meydana çıxıb.
O, 19 yaşadək futbolçular arasında Almaniya çempionatında 10 oyuna 10 qol vurub.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli də "Nürnberq"də oynayır. Müqaviləsi bu yay başa çatacaq futbolçunun həmin komandada qalıb-qalmayacağı hələ dəqiqləşməyib.