Yeni baş məşqçidən 3 istəyi olacaq – Tanınmış klubun

01:40 Almaniya 103
Yeni baş məşqçidən 3 istəyi olacaq – Tanınmış klubun

Sportinfo.az “Kicker”-ə istinadən xəbər verir ki, “Bayer” Xabi Alonsonun “Real”a keçid ehtimalı fonunda yeni baş məşqçi axtarışlarını davam etdirir.

Leverkuzen klubunun rəhbərliyi əsas prioritet kimi hücum futbolu nümayiş etdirəcək, topa nəzarəti təmin edəcək və eyni zamanda, ingilis dilini bilən mütəxəssisi komandaya gətirməyi qarşıya məqsəd qoyub.

Bu tələblərə ən uyğun namizədlər Xavi Ernandes və Erik ten Haqdır. Xavi son üç ildə “Barselona”nı çalışdırıb və hazırda işsizdir.

Ten Haq isə “Mançester Yunayted”dən ayrıldıqdan sonra istirahət dövrünü yaşayır.

Bundan əvvəl “Bayer”in “Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasillə də maraqlandığı bildirilmişdi. Ancaq onun ingilis dili biliyinin zəif olması bu anlaşmanın baş tutmasına əngəl olub.

Digər Xəbərlər
Xəbər Lenti