Hələ gələcəyi ilə bağlı qərar verməyib - TƏLƏSMİR

24 Mart 2025 20:25 Almaniya 1 067
Hələ gələcəyi ilə bağlı qərar verməyib - TƏLƏSMİR

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso hələ gələcəyi ilə bağlı qərar verməyib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşri ispaniyalı mütəxəssisin hələlik yekun qərar vermədiyini qeyd edib.

Tərəflər danışıqlara davam edir. Yaxın vaxtlarda vəziyyət daha da aydınlaşmalıdır.

“Bayer” rəhbərliyi Alonsonun işindən tam razıdır və onu komandada saxlamaq istəyir.

Daha əvvəl mətbuatda onun “Real”da italiyalı çalışdırıcı Karlo Ançelottini əvəz edə biləcəyi barədə məlumatlar yayılmışdı.

Almaniya çempionatının 26 turundan sonra aktivində 56 xalı olan “Bayer” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!