“Yarış bitdi, artıq ümidimiz və deyəcək bir şeyimiz yoxdur"

2 Aprel 01:30 Almaniya 200
“Yarış bitdi, artıq ümidimiz və deyəcək bir şeyimiz yoxdur"

“Yarış bitdi, artıq ümidimiz və deyəcək bir şeyimiz yoxdur. “Bayer”i təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Tomas Tuhel Bundesliqada Dortmund “Borussiya”sına evdə 0:2 hesabı ilə uduzduğu oyundan sonra deyib.

Təcrübəli çalışdırıcı çempionluq yarışının onlar üçün bitdiyini etiraf edib:

“Bayer” (Leverkuzen) son dəqiqələrdə “Hoffenhaym”dan 3 xal qazandı. Leverkuzen çempionluq uğrunda mübarizə aparır. Artıq bizim edəcək bir şeyimiz yoxdur”.

Xabi Alonsonun komandası ən yaxın rəqibi “Bavariya” ilə xal fərqini 7 həftə qalmış 13-ə çatdırıb.

“Bayer” (Leverkuzen) daha 3 matçda qalib gələrsə, rəqibinin nəticələrindən asılı olmayaraq çempionluğunu elan edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU