Bundesliqa tarixində ilk dəfə bir futbolçu bu qədər qol vurur

7 Aprel 2024 13:10 Almaniya 1 445
Bundesliqa tarixində ilk dəfə bir futbolçu bu qədər qol vurur

“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatında 2023/2024 mövsümündə 32-ci qolunu Bundesliqanın 28-ci turunun “Haydenhaym”la oyununda (2:3) vurub.

Sportinfo.az xəbər verir ki, o, matçın 38-ci dəqiqəsində Serj Qnabrinin ötürməsi ilə hesabı açıb.

Bu qol ingilis futbolçu üçün rekorddur. Bundesliqa tarixində ilk dəfə turnirdə bir futbolçu bu qədər qol vurur.

Əvvəlki rekord (31) 1963/1964 mövsümündə “Hamburq”un və Almaniya millisinin keçmiş oyunçusu Uve Zeelere məxsus idi.

Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi