“Qarabağ” istədi, adı iştirak ərizəsindən çıxarıldı

7 Mart 2023 09:00 Almaniya 4 135
“Qarabağ” istədi, adı iştirak ərizəsindən çıxarıldı

Qış fasiləsində “Qarabağ”ın transfer gündəmində olan Andrey Lunyov "Bayer”də Avropa Liqasının iştirak ərizəsindən çıxarılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb 32 yaşlı rusiyalı qapıçının zədədən əziyyət çəkməsidir.

Yanvarın sonuncu günündə belindən zədə alan Lunyovun nə zaman sağalacağı bəlli olmadığından, Bundesliqa təmsilçisi avrokuboklarda onun xidmətindən yararlanmamaq qərarına gəlib.

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Oyunlar martın 9-da və 16-da keçiriləcək.

Andrey Lunyovun yanvarda “Qarabağ”a transferinin baş tutmamasının səbəblərindən biri qolkiperin tez-tez zədələnməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti