"Sabah"ın məşhur legioneri azərbaycanlı uşaqlara nə arzuladı? - VİDEO

22:20 Sportinfo TV 72
"Sabah"ın məşhur legioneri azərbaycanlı uşaqlara nə arzuladı? - VİDEO

“Sabah”ın özbəkistanlı futbolçusu Umarali Raxmonaliyev "Sumqayıt"ı məğlub etdikləri (5:1) oyundan sonra azyaşlı azarkeşlərə xüsusi diqqət ayırıb.

Görüşün ardından uşaqlarla səmimi münasibət quran futbolçu onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflarını paylayıb.

Yarımmüdafiəçi balaca azarkeşlərlə söhbət edərək, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Futbolçunun bu davranışı uşaqların da böyük sevincinə səbəb olub.

Belə səmimi anlar futbolun yalnız meydandakı mübarizədən ibarət olmadığını bir daha göstərmiş olub.

Aşağıdakı linkə daxil olaraq həmin anları özündə əks etdirən videonu izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti