“Kim bilir, bəlkə bu… Çox şey baş verənlərdən asılı olacaq”

8 Noyabr 2022 18:20 Almaniya 349
“Kim bilir, bəlkə bu… Çox şey baş verənlərdən asılı olacaq”

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer yığma komandadakı gələcək karyerası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Noyer, DÇ-2022-nin qalibi olsalar, milli ilə vidalaşmaq haqda düşünəcəyini deyib:

“Güman edirəm ki, bu, mənim üçün son dünya çempionatı olacaq. Amma kim bilir, bəlkə, bu, mütləq belə olmayacaq.

Çox şey baş verənlərdən asılı olacaq. DÇ-2022-də qalib gəlsək, bəlkə, hətta milli ilə vidalaşmaq haqda düşünəcəm.

Dünya çempionu olmaq istədiyimizi söyləməkdən çəkinmirəm. Amma bilirik ki, çempionluğa çoxlu layiqli iddiaçılar var”.

DÇ-2022 noyabrın 20-də Qətərdə başlayacaq. Almaniya millisi İspaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti