12 milyon avroluq müdafiəçi – Onlara da pul tapdılar

8 Avqust 2022 18:40 Almaniya 673
12 milyon avroluq müdafiəçi – Onlara da pul tapdılar

“Hoffenhaym” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi portuqaliyalı Eduardo Kuaresma ilə fransız Stenli Nsokini heyətinə qatıb.

Kuaresma Portuqaliyanın “Sportinq” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Stenli Nsoki isə Belçikanın “Brügge” klubundan 12 milyon avro qarşılığında transfer olunub. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Stenli Nsoki PSJ-nin yetirməsidir. O, öz ölkəsində Paris təmsilçisi ilə yanaşı, “Nitsa”nın da uğurları üçün çalışıb.

Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, 2021-ci ilin iyulundan “Brügge”nin formasını geyinirdi.

Eduardo Kuaresma isə “Sportinq”in yetirməsidir. 20 yaşlı futbolçu ötən mövsümü “Tondela”da icarədə keçirib.

O, Lissabon təmsilçisinin əsas komandasında 12 oyuna çıxıb. Gənc futbolçunun transfer dəyəri 4 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti