Levandovskinin yerinə 17 yaşlı hücumçu transfer edir

25 İyul 2022 18:20 Almaniya 686
Levandovskinin yerinə 17 yaşlı hücumçu transfer edir

Robert Levandovskini "Barselona"ya satan "Bavariya" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Renn"in forvardı Matis Telin transferini bitirmək üzrədir.

Fransalı hücumçu tibbi müayinədən keçmək üçün Münhenə gedib.

"Bavariya"nın 17 yaşlı futbolçu üçün 28 milyon avro ödəyəcəyi bildirilir.

Matis Tel "Renn"in yetirməsidir. Fransa U-17 millisinin üzvü Liqa 1 təmsilçisinin əsas komandasının heyətində 10 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti