“Klubla müqaviləni uzatmaq mənim üçün təbii bir məsələ idi"

16 İyul 2022 10:20 Almaniya 412
“Klubla müqaviləni uzatmaq mənim üçün təbii bir məsələ idi"

“Leyptsiq”in fransalı yarımmüdafiəçisi Kristofer Nkunku Almaniya klubunda qalmaq niyyətindən danışıb.

Sportinfo.az xəbər verir ki, futbolçu klubla müqaviləni uzatmağın onun üçün təbii məsələ olduğunu deyib:

“Klubla müqaviləni uzatmaq mənim üçün təbii bir məsələ idi. Bu şəhərdə və bu klubda özümü evdəki kimi hiss edirəm.

Mən hələ də buradakı işimi bitmiş hesab etmirəm. Buna görə də, gələn il klubdan ayrılmağı düşünmürəm”.

Nkunku “Leyptsiq”ə 2019-cu ilin iyul ayında PSJ-dən keçib. Ötən mövsüm o, Bundesliqada 33 matçda 20 qol vurub. Daha əvvəl mətbuat Nkunku ilə “Mançester Yunayted”, “Arsenal” və “Çelsi”nin maraqlandığını yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"