"Klubla danışmamışam, müzakirə ediləcək nə isə yoxdur"

15 Aprel 2021 00:28 Almaniya 572
"Klubla danışmamışam, müzakirə ediləcək nə isə yoxdur"

"Leyptsiq"in baş məşqçisi Yulian Nagelsman "Bavariya" ilə danışıqlara başladığına dair iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı mütəxəssis "Sport.sky.de" saytına açıqlamasında həmin xəbərləri təkzib edib.

Daha əvvəl Almaniya yığmasının keçmiş futbolçusu Lotar Matteus Nagelsmanın "Bavariya"da, Münhen təmsilçisinə rəhbərlik edən Hans-Diter Flikin isə millidə işləyəcəyini açıqlayıb.

Nagelsmanın sözlərinə görə, "Bavariya" ilə danışıqlar aparılmayıb və indi də aparılmır: "Lotar Matteusun məlumatı haradan aldığına dair fikrim yoxdur.

Klubla danışmamışam. Çünki müzakirə ediləcək nə isə yoxdur. "Leyptsiq"lə müqaviləm 2023-cü ildə başa çatacaq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!