“Bavariya” Kloppla danışıqlar aparıb, amma...

23 Fevral 2021 00:14 Almaniya 493
“Bavariya” Kloppla danışıqlar aparıb, amma...

“Bavariya” Yurgen Kloppla danışıqlar aparıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun idarə heyətinin sədri Karl-Haynts Rummenigge verib.

Ancaq “Bavariya” Kloppla, o, “Liverpul”da çalışarkən yox, 2008-ci ildə danışıq aparıb.

Həmin vaxt rəhbərlik iki namizədlə təmasda olub – Yurgen Klopp və Yurgen Klinsman. Sonda isə üstünlük Klinsmana verilib.

Rummenigge etiraf edib ki, bu seçim uğurlu alınmayıb. Klinsmann 2008-ci ilin yayında “Bavariya”ya rəhbərlik edib və arttıq 2009-cu ildə istefaya göndərilib.

Onun rəhbərliyi altında komanda heç bir titul qazana bilməyib.

Klopp isə həmin il Dortmund “Borussiyası”na baş məşqçi təyin olunub və bu komanda ilə 5 titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti