“Az şans qazanması onun burada çox qalmayacağını göstərir”

5 Yanvar 2021 12:00 Almaniya 790
“Az şans qazanması onun burada çox qalmayacağını göstərir”

“Bavariya”nın futbolçusu Duqlas Kosta komandadan ayrılmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, icarə əsasında “Bavariya”da çıxış edən futbolçunun meneceri Covanni Brançini Kostanın Münhen klubundan ayrılmaq ehtimalının böyük olduğunu bildirib:

“Onun komandada qalması çətin görünür. İndidən nələrisə təxmin etmək istəmirəm, futbolda hər an işlər dəyişə bilər.

Kostanın yaxşı səviyyəsi var, amma son zamanlarda mütəmadi oynamır. Az şans qazanması onun burda çox qalmayacağını göstərir”.

Oktyabr ayında icarə əsasında “Yuventus”dan “Bavariya”ya qatılan 30 yaşlı futbolçunun klubla icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!