
I Liqada ilk iki ili arxada qoyan «Difai» bu gün növbəti mövsümün hazırlıqlarına start verəcək.
«Fədailər» yeni baş məşqçisi Araz Bağırovun rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Məkan dəyişməyib - «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazası.
«Ağ-qaralar»ın rəhbərliyi ötən sezon olduğu kimi, yenə Qarabağ qazilərinin klubuna böyük ehtiram və diqqətlə yanaşı, öz qapılarını onların üzünə açıb.
Bağırovun gəlişindən sonra düşərgədə ciddi dəyişiklər baş verib.
Keçənilki heyətdən cəmi 4 nəfər saxlanılıb. Kristian Kamta, Muhammed Alfa, Yaqub Abbasov və Fərid Kərimzadə yeni çalışdırıcının sərəncamında qalıb.
Hazırlığın ilk mərhələsi əsasən seleksiyaya həsr olunacaq. 20-dən artıq gənc Bağırov tərəfindən baxışdan keçiriləcək.
SPORTİNFO.AZ