
I Liqada 26-cı tura yekun vurulub.
Turun mərkəzi görüşü Şamaxı Olimpiya Kompleksində baş tutub.
Məqsədi çempionatda qalmaq olan iki komanda - «Difai» və «Cəbrayıl» burada üz-üzə gəlib.
Qarşılaşma bərabər səviyyədə keçib. Tərəflərdən birinin digərdən aşkar üstün təsir bağışladığını demək olmazdı.
«Cəbrayıl» rəhbərliyi Şamaxı səfərinə hərtərəfli hazırlıq görmüşdü. Rayon komandası Şamaxıya oyundan 1 gün öncə gəlmişdisə, qələbə müqabilində hər bir futbolçuya 600 manat mükafat vəd olunmuşdu.
Mövsüm ərzində ilk dəfə belə böyük pul qazanmaq fürsətini qaçırmaq istəməyən qonaqlar müdafiə və yarımmüdafiə planında aktiv təsir bağışlasa da, bunu hücum xəttinə yaya bilmədilər.
Təhlükəli qol epizodlarını göz önünə gətirsək, «Difai»nin imkanlarının daha çox olduğunu demədiyik. Muhammed Alfa, Emil Quluzadə və Kristianq Kamtanın belə şansı var idi.
Di gəl, yalnız Fərid Kərimzadə qapı toruna yol tapdı.
«Sumqayıt»ın yetirməsi Ceyhun Muxtarlının keçidindən sonra qapı qarşısında yaranan qarışıqlıq sonrası önünə düşən topu «çərçivə»yə göndərəndə, dəqiqələr hələ 59-un üzərində «bərq vururdu».
Muxtarlının yorulub əvəzlənməsi, Ömər Məmmədzadənin zədələnib kənara çıxması «Cəbrayıl»a yeni həyat verdi.
Beşli müdafiəyə keçən «fədailər»in orta sahədə boşluq yaratması qonaqların daha tez-tez irəli atılmasına şərait yaratdı və belə epizodların birində kapitan Seymur Əliyev avtoqola imza atdı.
Müdafiəçinin kornerə çıxmaq üzrə olan topa ayaq qoymasıyla hesab bərabərləşdirdi: burada artıq qapıçı Sahib Həsənovun edə biləcəyi heç nə yox idi.
Beləcə, turnir cədvəlində hər şey olduğu kimi qaldı. Halbuki tərəflərdən biri qələbə qazansaydı, çempionatda yerini təmin edəcəkdi.
SPORTİNFO.AZ
"Difai” - “Cəbrayıl” 1:1
Qollar: Fərid Kərimzadə, 59 // Seymur Əliyev, 80 (ö.q.)
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Teymur Teymurov
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Arzu Atakişiyev, 81 (hakimin qərarına etiraz) // Zeynəddin Abdurahmanov, 36 (qeyri-idman hərəkəti); Zahir Mirzəzadə, 62 (qeyri-idman hərəkəti);Samir Məhərrəmli, 77 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
“Difai”
1. Sahib Həsənov
11. Fərid Kərimzadə
(32. Xəyyam Məmmədli, 75)
7. Ceyhun Muxtarlı
(66. Arzu Atakişiyev, 65)
55. Seymur Əliyev (k)
6. Xəyal Bədirov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
(10. Tahir Zeynalov, 89)
5. Ömər Məmmədzadə
(50. Qurban Hüseynov, 75)
9. Kristian Kamta
19. Muhammed Alfa
(44. Yaqub Yusubov, 89)
Ehtiyat oyunçular:
85. Nail Alışov
24. Rəvan Əvəzov
21. Anar Əhmədzadə
Məşqçi: Aydın Qasımov
“Cəbrayıl”
76. Ümüd Cəfərov
19. Məhərrəm Orucov (k)
11. Samir Məhərrəmli
(90. Kənan Baxışov, 89)
8. Zeynəddin Abdurahmanov
77. Zahir Mirzəzadə
4. Asif Məmmədov
79. Mirmövsüm Caniyev
21. Bilal İsmayılov
(7. Polad İbrahimov, 75)
99. Okan Təhməzli
14. Ravil Qafarov
22. Aqşin Yaqubov
(34. Taleh Qarayev, 65)
Ehtiyat oyunçular:
1. Əkpər Vəliyev
5. Vüsal Səfərov
44. Samir İbrahimov
17. Nurlan Quliyev
6. Həsrət Mürsəlov
Baş məşqçi: Əli Muradov