Bu gün Premyer Liqaya vəsiqə uğrunda pley-off oynayacaq 2-ci komanda müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, I Liqanın sonuncu - 27-ci turunda keçirilən "Mingəçevir" - "Səbail" matçından sonra bəlli olub.
Görüşdə bölgə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. Beləliklə, "Mingəçevir" mövsümü 2-ci pillədə tamamlayıb və pley-offa vəsiqə əldə edib.
Reqlamentə əsasən, 1-ci liqada 2-ci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.
Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu mayın 28-də neytral meydanda keçiriləcək.
"Mingəçevir” – “Səbail” 4:1
Qollar: E.Bayramov, 14, E.Mustafayev 29, Ə.Eyubov, 53, K.Quliyev, 90+2-pen - Q.Səfərov, 42
Baş hakim: Elçin Məsiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança),

