İstefa ərizəsi yazmaq fikrinə düşən baş məşqçiyə rəhbərlik nə cavab verdi?

17:00 I Divizion 175
İstefa ərizəsi yazmaq fikrinə düşən baş məşqçiyə rəhbərlik nə cavab verdi?

Elnurn Abdullayev «Səbal»in baş məşqçi postundan istefa vermək fikrinə düşüb.

I Liqanın ilk 6 turu ərzində pis nəticələr əldə edən gənc çalışdırıcı bu niyyətini rəhbərliyə çatdırıb.

Komandanın potensialının böyük olduğunu, lakin ondan gözləntiləri doğrulda bilmədiyini dilə gətirib. O, qarşıya qoyulan məqsədə çatmaqdan ötrü özünün getmək vaxtının çatdığını vurğulayıb.

Fəqət, yönətim yenə Abdullayevin arxasında dayanıb. İstefası qəbul edilməyib. İyulda görəv başına keçmiş və 3 illik müqaviləyə imza atmış məşqçiyə daha bir neçə oyunluq möhlət verilib.

Tezliklə Bakıdan Qubaya köçməyə hazırlaşan sabiq «dənizçilər» 6 tura 11 xal toplayıb. Ötən müddətdə cəmi 3 qələbə qazanan komanda turnir cədvəlinin dördüncü pilləsində məskunlaşıb.

Qeyri-sabit qrafik cızan «Səbail» ilk iki pilləni bölüşdürən «Gəncəbasar»la «Şahdağ»dan 4, üçüncü sıradakı MOİK-dən 2 xal geri qalır.

Qurulan şəraiti və futbolçu səviyyəsini əldə əsas götürsək, «Səbail» çempionatın vahid lideri olmalıdır. Klubun yeni himayədarları liqanın iştirakçıları arasında ən ideal təminatı onlar üçün yaradıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti