“Şəfa”QIZILLANDI

23 May 02:50 I Divizion 591
“Şəfa”QIZILLANDI

I Liqada mükafatlandırma mərasimi baş tutub.

Sportinfo.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilmiş tədbirdə turnirin qalibi “Şəfa”ya qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Bir tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.

Ardınca “Şəfa” çempionluq kubokunu başı üzərinə qaldırıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"