Bu komanda II Liqanın yolunu tutdu, ”Şimal” şansını saxladı

19:20 I Divizion 103
Bu komanda II Liqanın yolunu tutdu, ”Şimal” şansını saxladı

Bu gün I Liqada mövsümün sonuncu - 27-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Bu matçlardan sonra yarışı tərk edəcək və turnirdə qalmaq uğrunda pley-off oynayacaq komandalar bəlli olub.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şimal” “Cəbrayıl”la qarşılıb.

Xaçmaz təmsilçisi bu görüşdə qalib gələrək xallarının sayını 20-yə çatdırıb və 9-cu sıraya yüksəlib. Beləliklə, çempionatda mübarizə şansını qoruyub.

Digər görüşdə isə 9-cu sırada qərarlaşan “Difai” MOİK-in qonağı olub. “Difai” bu oyunda məğlub olaraq 10-cu pilləyə yuvarlanıb və liqanı tərk edib.

Reqlamentə əsasən, I Liqanı tərk edən komanda yeni mövsümdən 2-ci liqada mübarizə aparır. 9-cu yerin sahibi isə 2-ci liqada mövsümü 2-ci yerdə tamamlayan komanda ilə pley-off oyunları keçirir.

“Cəbrayıl” – “Şimal” 2:3

Qollar: D.Açimi, 29, 54 // N.Osmanov, 55, N.Şixamirov, 64, 77
Şamaxı OİK stadionu

MOİK – “Difai” 4:0

Qollar: M.Baxşalı, 2, S.Yadom, 24, S.Fərəcov, 79, B.Soltanov, 89
Binə qəsəbə stadionu

22 may (cümə)

16:00. “Zaqatala” – “Şəfa”

17:00. “Şahdağ Qusar” – “Baku Sportinq”

17:00. “Mingəçevir” – “Səbail”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti