Bu gün hansı komanda liqanı tərk edəcək - İki stadiondan CANLI YAYIM

17:00 I Divizion 117
Bu gün hansı komanda liqanı tərk edəcək - İki stadiondan CANLI YAYIM

Bu gün I Liqada mövsümün sonuncu - 27-ci turuna start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçiriləcək.

Bu matçlardan sonra yarışı tərk edəcək və turnirdə qalmaq uğrunda pley-off oynayacaq komandalar bəlli olacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şimal” “Cəbrayıl”la qarşılaşacaq.

Xaçmaz təmsilçisi bu görüşdə xal itirəcəyi halda yarışı sonuncu pillədə başa vuracağı dəqiqləşəcək və liqanı tərk edəcək.

Digər görüşdə isə 9-cu sırada qərarlaşan “Difai” Binədə MOİK-in qonağı olacaq.

“Difai” bu oyunda qalib gələrsə, I Liqada qalmaq uğrunda pley-offda oynamaq şansı qazanacaq.

Reqlamentə əsasən, I Liqanı tərk edəcək komanda yeni mövsümdən II Liqada mübarizə aparır

. 9-cu yerin sahibi isə II Liqada mövsümü ikinci yerdə tamamlayan iştirakçıyla pley-off oyunları keçirir.

MOİK – “Difai”
Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Binə qəsəbə stadionu, 17:00


“Cəbrayıl” – “Şimal”
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu, 17:00

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti