Çempion cərimələndi

21 May 02:20 I Divizion 563
Çempion cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan I Lliqanın 26-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Səbail” – “Şahdağ Qusar” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.

“Səbail” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” komandası 600 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"