Sponsordan klub prezidenti vəzifəsindən uzaqlaşdırdığı qohuma QADAĞA!

14:40 I Divizion 188
Sponsordan klub prezidenti vəzifəsindən uzaqlaşdırdığı qohuma QADAĞA!

I Liqada 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

22 mayda Binə qəsəbə stadionunda baş tutacaq 27-ci turun “Zaqatala” - “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

21 ildən sonra Premyer Liqaya qayıdan “Şəfa“nın xoş gününə AFFA və Peşəkar Futbol Liqasının üst mənsubları yığışacaq. Onların arasında isə klubun keçmiş prezidenti Sərdar Salmanzadənin yer almaması gözlənilir.

Bu, I Liqanın çempionu olan “göy-ağlar“ın sponsorunun tələbidir.

Paytaxt təmsilçisini himayə edən şirkətin rəhbərliyi müxtəlif şəxslərlə qarşı tərəfə xəbər göndərib ki, o, stadionda gözə görünməsin. Onun payına düşən qıxıl meda lisə sonradan özünə göndəriləcək.

Sərdar Salmanzadə martın ilk günlərində vəzifəsindən ayrılıb. 1,5 ildən artıq davam edən əməkdaşlığa heç də qarşılıqlı razılıq əsasında xitam verilməyib.

Tərəflər arasında münasibətlər kifayət qədər gərgindir. Baxmayaraq ki, postunu təhvil verən fiqurantla sponsor şəxs yaxın qohumdur.

Salmanzadə kreslosu ilə vidalaşandan az sonra klubdaxili yoxlamalar aparılıb. Onun fəaliyyəti dövrüdə görülən işlər, maliyyə əməliyyatları tək-tək araşdırılıb.

SPORTİNFO.AZ

Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti