Azərbaycanda çempionluq mükafatı eşidənlərin gözünü dörd etdi!

10:40 I Divizion 131
Azərbaycanda çempionluq mükafatı eşidənlərin gözünü dörd etdi!

Dnən I Liqada 26-cı tura yekun vurulub.

Turnir cədvəlinə başçılıq edən “Şəfa” Binə qəsəbə stadionunda “Cəbrayıl” ilə qarşılaşıb.

Ev sahibləri 1:0 hesabıyla qələbə qazanıb.

İkinci yerdəki "Səbail" Bayılda "Şahdağ Qusar"la qolsuz heç-heçə etdiyindən, "Şəfa" sona 1 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayaraq, çempionluğunu rəsmiləşdirib.

Beləcə, paytaxt təmsilçisi növbəti mövsümdə Premyer Liqada iştirakını təmin edib.

"Şəfa" rəhbərliyi bu münasibətlə pul kisəsinin ağzını tam açıb.

Komandaya öncə 60 min mükafat vəd olunsa da, sonradan bu rəqəm daha 40000 manat artırılıb. Yəni ki, I Liqada birincilik futbolçulara 100 min manat qazandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti