Paytaxt təmsilçisi çempion oldu, Premyer Liqaya yüksəldi

01:10 I Divizion 94
Paytaxt təmsilçisi çempion oldu, Premyer Liqaya yüksəldi

I Liqada 26-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, lider “Şəfa” Binə qəsəbə stadionunda “Cəbrayıl” ilə qarşılaşıb.

Ev sahibləri 1:0 hesabıyla qələbə qazanıb. İİkinci yerdəki "Səbail" "Şahdağ Qusar"la heç-heçə edib.

Beləliklə, "Şəfa" sona 1 tur qalmış ən yaxın izləyicisi olan “Səbail”i 7 xal qabaqlayaraq çempionluğunu elan edib.

Bu nəticə isə “Şəfa”nın növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirakını təmin edib.

“Mingəçevir” – MOİK 3:1

Qollar: F.Bayramov, 17, A.Usman, 42, K.Kalunqa, 45+3 - C.Akuqre, 67
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

"Səbail” – “Şahdağ Qusar” 0:0
“Bayıl Arena”

“Baku Sportinq” – “Zaqatala” 3:0

Qollar: C.Muxtarlı, 62, İ.Muradov, 68, X.Bəşirov, 77
Buzovna qəsəbə stadionu

“Şəfa” – “Cəbrayıl” 1:0

Qol: E.Zamanov, 4
Binə qəsəbə stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti