Premyer Liqaya bu gün vəsiqə qazanacaqlar? - Üç məkandan CANLI YAYIM

17:00 I Divizion 113
Premyer Liqaya bu gün vəsiqə qazanacaqlar? - Üç məkandan CANLI YAYIM

Bu gün I Liqada 26-cı tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, lider son iki həftədə qələbə qazana bilməyən “Şəfa” Bayılda “Cəbrayıl”ı qəbul edəcək.

"Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail”in “Şahdağ Qusar” önündə xal itirəcəyi təqdirdə, sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Üçüncü sıradakı "Mingəçevir" doğma şəhərdə MOİK-i qəbul edəcək. “Baku Sportinq” - “Zaqatala” görüşü isə Buzovna qəsəbəsində təşkil olunacaq.

Günün bütün oyunları eyni saatda- 17:00-da başlayacaq.

“Mingəçevir” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

“Səbail” – “Şahdağ Qusar”
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”

“Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Buzovna qəsəbə stadionu

“Şəfa” – “Cəbrayıl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti