«Səbail»in gələn mövsümə yeni sponsorla başlayıb-başlamayacağı hələ naməlumdur.
Bu məsələyə qarşıdakı iki həftə ərzində aydınlıq gələcək.
Hazırda «dənizçilər»lə «Azətürk Holdinq» arasında danışıqlar davam edir. Güləli Bağırovun başında dayandığı şirkətlər qrupu Bayıl təmsilçisini öz himayəsinə götürmək fikrindədir.
Sadəcə, I Liqa klubu bu təklifə tələm-tələsik «hə» deməyi düşünmür.
«Səbail»in yanaşması düzgündür - onlar ehtiyatlı davranırlar. Çünki Bağırovla bağlı rəy birmənalı deyil, heç də hamı onunla bağlı eyni fikri bölüşmür.
Holdinq «Səbail»in baş sponsoru olmaq niyyətində ciddidirsə, öncə müəyyən öhdəliklərə üstlənməli və onları yerinə yetirməlidir.
Məsələn, müxtəlif təşkilati məsələlərdə maddi dəstəyin göstərilməsi. Klub başbilənləri bununla əmin olmaq istəyir ki, qarşı tərəflə yola çıxmağa dəyər, ya dəyməz.
«Aztürk»ün sahibinin bunu isbatlamaq üçün ayın sonunadək vaxtı var. Onadək sözdən əmələ keçməlidirlər, əks halda…
SPORTİNFO.AZ

