“Klub rəhbərliyinin əməlləri barədə dövlət orqanlarına məlumat verəcəyik”

15:00 I Divizion 203
“Klub rəhbərliyinin əməlləri barədə dövlət orqanlarına məlumat verəcəyik”

«Mingəçevir»də «maaş üsyan»ı davam edir.

Bununla belə, komanda üzvləri 10 günə yaxın boykotu dayandırıb.

«İşıqçılar» «Zaqatala» ilə matçdan sonra ilk dəfə məşqə çıxıb. Bu barədə redaksiyamıza futbolçuların özləri məlumat verib.

Saytımızla əlaqə saxlayan oyunçular Mingəsevirə geri döndüklərini, fərdi qaydada hazırlıq keçdiklərini bildiriblər:

«Kollektiv məşq keçmirik. İki-iki, üç-üç stadiona gedib, özümüzçün yüngülvari məşq edirik

. Bura özümüz qayıtmışıq. Yenə məşqə çıxmasaq, rəhbərlik klubdaxili nizam-intiham kodeksini bəhanə gətirib, bizi cəzalandıra bilər.

Bunlara elə bu lazımdır. Üç aya yaxındır maaşlarımızı vermirlər. Deyirlər, pulumuz yoxdur.

Borcu qaytarmamaq üçün nə desən, edərlər. Qaldığımız otelə sifariş veriblər ki, komandaya 20 gün yemək verin, sonra çıxıb getsinlər.

Bizimlə üzbəüz söhbətə gələn yoxdur. Axtarırıq, heç birini tapa bilmirik.

Yalnız onun-bunun vasitəsilə bizə xəbər göndərirlər. Məşqçilərin zənglərinə də cavab vermirlər.

Əlimizdə müqavilə var, bizi nisbətən sakitləşdirən budur. Öz aramızda danışmışıq ki, məşqə gələk, son iki oyuna da çıxaq, axırda AFFA-ya şikayət edərik. Ən düzgün yol budur.

AFFA-ya şikayətə gedəcəyik, ondan sonra da müxtəlif dövlət orqanlarına məktub yazacağıq. Klub rəhbərliyinin əməlləri barədə onlara məlumat verəcəyik».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti