Azərbaycanda holdinq sahibi almaq istədiyi kluba nə şərt irəli sürdü?

09:50 I Divizion 263
Azərbaycanda holdinq sahibi almaq istədiyi kluba nə şərt irəli sürdü?

Vaxtilə avrokuboklarda yarışmış klub adını dəyişə bilər.

2016-cı ildən fəaliyyət göstərən «Səbail»in bu dəyişikliyə getməsi gündəmdədir.

Bu tələb «dənizçilər»i himayəsinə götürmək istəyən Güləli Bağırova məxsusdur. «Aztürk Holdinq»in rəhbəri niyyətini klub funksionerləri ilə görüşündə dilə gətirib.

«Səbail»lilər iş adamının mövqeyinə anlayışla yanaşır. Ona heç bir etirazları yoxdur. Yetər ki, qarşı tərəf klubun mövcud problemlərinin həlli istiqamətində təcili addımlar atsın, bunu sonraya saxlamasın.

Bəs Bağırov nədən «Şuşa» deyir? Məlumunuz olsun ki, o, bu şəhərdəndir və məqsədi doğma yurdunun adını futbol səhnəsində ön plana çıxarmaqdır.

İlk görüş tanışlıq xarakteri daşıyıb. Tərəflər bir-birlərini əməkdaşlıqla bağlı planlarıyla tanış eləyib.

İlkin təəssürat əladır - böyük ehtimalla, anlaşma əldə olunacaq. Çünki holdinqin futbol sektoruna qoşulmaq niyyəti kifayət qədər ciddi və uzunmüddətlidir.

«Səbail» 2016-cı ilin yayında yaradılıb. Həmin il I Liqada debüt edən komanda çnmpionluq qazanıb və Premyer Liqaya buraxılıb.

2019-cu ildə isə ən böyük yüksəliş qeydə alınıb. Aftandil Hacıyevlə çempionatın bürünc medallarına yiyələnən «dənizçilər» Avropa Liqasında mübarizə aparıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı