I Liqanın çempionu adını qazanan “Şəfa” Premyer Liqaya hazırlığa start verib.
Baş məşqçi Elgiz Abbasov əsas diqqəti heyətin gücləndirilməsinə ayırıb ki, hədəfdə olanlar əsasən yerli futbolçulardır.
Gənc çalışdırıcı özü üçün transfer siyahısı hazırlayıb.
Baş məşqçinin dəftərçəsində yer alanlar əsasən “Sumqayıt”la “Şamaxı”nın futbolçularıdır.
Kimdir onlar?
“Sumqayıt”dan Rüstəm Əhmədzadə ilə Emil Mustafayev, “Şamaxı”dan Rüfət Abbasov, Abdulla Rzayev və Arsen Agcabəyov.
Məlum məsələdir ki, “Şəfa” adları çəkilənlərə hazırda qazandıqlarından daha çox məvacib təklif etməyi planlaşdırır. Yalnız bu yolla onları “qoparmaq” mümkündür.
Abdulla Rzayev icarə əsasında “Şamaxı”da top qovsa da, müqavilə ilə “Sabah”a məxsusdur. Odur ki, paytaxt təmsilçisi “Sabah”la danışmalı olacaq.
Təbii ki, siyahı daha genişdir.
Premyer Liqadakı yerini qorumağı qarşısına məqsəd qoyan klub 8-10 yeni futbolçu ilə güclənəcək.
HƏBİB / SPORTİNFO.AZ

