I Liqada 25-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matç artıq başa çatıb.
Lider "Şəfa" autsayder "Difai"nin qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Beləliklə, "Şəfa" qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirmək şansını əldən verib.
2-ci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Səbail" lider "Şəfa" ilə xal fərqini daha da azaldıb.
"Şimal" və MOİK matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Şimal” – MOİK 1:1
Qollar: A.Qla, 40 // S.Fərəcov, 85
Şamaxı OİK stadionu
"Difai” – “Şəfa” 0:0
Buzovna qəsəbə stadionu
"Zaqatala” – “Səbail” 0:3
Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81
Zaqatala OİK stadionu


